image-ads_n1karobka_mobile
image-68d8be0cae5ac95dbc46df77backend

Polşa qırıcılarını havaya qaldırdı: Rusiyanın hava fəaliyyəti iddiası

image-add-a-heading

Polşa Hərbi Hava Qüvvələri Rusiyanın Ukraynada hava fəaliyyətinin olduğu iddiası fonunda qırıcı təyyarələrini havaya qaldırıb.

Doğru.az xəbər verir ki, məlumat Polşa Silahlı Qüvvələrinin bölmələrinin X Əməliyyat Komandanlığının sosial şəbəkəsində paylaşılıb.

Bildirilib ki, Polşa və müttəfiqlərinin təyyarələrindən istifadə qərarı mövcud prosedurlar çərçivəsində qəbul olunub.
“Cüt qırıcı təyyarələr həyəcan vəziyyətinə gətirilib, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib”, – departamentin açıqlamasında qeyd olunub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki