Varşava Kiyevə faktura verəcək və Polşanın Ukraynaya göstərdiyi yardım üçün bir sıra şərtlər qoyacaq.
Bunu Polsat telekanalında seçki debatlarında sağçı Konfederasiya koalisiyasından Polşa Seyminin deputatlığına namizəd Anna Brılka deyib.
Onun sözlərinə görə, “beynəlxalq münasibətlərdə minnətdarlıq pul vahidi deyil”.
“Əgər bizə hörmət edilməsini istəyiriksə, biz yardımımız üçün faktura verməliyik, Konfederasiya Ukraynaya belə bir faktura verib və bu yardımı yüz milyard zlotiyə qiymətləndirib və Konfederasiya Ukrayna üçün aydın və sərt şərtlər qoyacaq”, – deyə siyasətçi bildirib.
Mənbə: A Haber