image-n1karobka_ads
image-123
image-68afa336ae5ac96372740083backend

Polşanın keçmiş səhiyyə naziri hücuma məruz qaldı

image-ad_qayo_720x110px

Polşanın keçmiş səhiyyə naziri Adam Niedzielski Siedlcedəki restoran qarşısında hücuma məruz qalıb.

Doğru.az xəbər verir ki, RMF FM radiostansiyasının məlumatına görə, 30 yaşdan yuxarı iki şəxs keçmiş naziri koronavirus pandemiyası dövründə verdiyi qərarlara görə döyüblər. Hadisə zamanı hücumçular Covid məhdudiyyətlərinə qarşı yüksək səslə etiraz edirdilər.

Niedzielski həyatı üçün təhlükə yaratmayan xəsarətlərlə xəstəxanaya yerləşdirilib. “Onun kürəyində və gövdəsindən təpik xəsarətləri var”, – məlumatda bildirilir.

Xatırladaq ki, may ayında Hollandiyanın Vaqeninqen şəhərində Polşanın baş naziri Donald Tusk da tüstü bombası hücumuna məruz qalmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki