image-2000x150px
image-123
image-ads_atlas
image-ilham-aliyev-1backend

Prezident: “Azərbaycan Avropa bazarının qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdədir”

image-728x90px

“Dünən SOCAR və “Romgaz” Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair saziş imzaladı. Gələn il yanvarın 1-dən etibarən Azərbaycan Avropa bazarının qaz təchizatının coğrafiyasını daha da genişləndirəcək”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.

Bunun hər iki tərəf üçün mənfəətli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Çünki Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycanın isə özünün nəhəng enerji mənbələri üçün etibarlı bazara ehtiyacı var”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki