image-2000x150px
image-123
image-ads_atlas
image-glhfnhkblg4backend

Prezident Cavanşir Qurbanovu təltif etdi – FOTO/VİDEO

image-728x90px

Milyonlarla insanı bir arada, bir uğur naminə birləşdirmək idmandırsa, o idman həm də ictimai- siyasi xidmətdir. Müstəqillik qazandığı ilk illərdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu davamı və nəticəsidir ki, bu gün Azərbaycan qazanılan meddallar və qələbələrlə dünyada hər mənada “Qalib ölkə” kimi tanınır. Bu nüfuz ölkəmizin əvəzolunmaz sərvətidir. Bu isə o nüfuzu bizə qazandıran idmançılar, onların məşqçiləri, idman mütəxəssislərinin əməyidir. Bu uğurlar ölkə başçısının, cənab Prezident İlham Əliyevin hər daim idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqətdən bəhrələnir.

Ömrünü Azərbaycan idmanına, onun inkişafına və uğurlarına həsr edənlər silsiləsindən daha biri, məşhur pəhləvanlar nəsli – Qurbanovlar nəslinin nümayəndəsi, 76 illik ömründə dövlət, millət adına böyük qələbələri öz adına yazdıran Cavanşir Kazım oğlu Qurbanov Azərbaycan idmanın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə, peşəkarlığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin ən ali medalı “Heydər Əliyevin 100 illik yubiley medalı” ilə təltif edildi.

İdman şöhrətimizin yüksəklərə qaldırılmasını, həmçinin fiziki və mənəvi cəhətdən sağlam azərbaycanlı nəslin yetişdirilməsini qarşısına məqsəd qoyan Cavanşir Qurbanov Prezidentin göstərdiyi bu etimadı öz fəaliyyətinin ən böyük zirvəsi adlandırıb:

“Azərbaycanın ən ali medalı”nın Vətənə xidmətin ən ali nümunəsini yaratmış Ali Baş Komandan tərəfindən təltif olunmasının verdiyi qüruru və şərəfi sözlə ifadə etmək mümkünsüzdür. Cənab Prezident tərəfindən təltif edildiyim “Heydər Əliyevin 100 illiyi yubiley medalı” bu gün Yasamal Rayon İcra Başçısı hörmətli Elşad Həsənov və dəyərli millət vəkilimiz Ülvi Quliyev tərəfindən mənə təqdim edildi. Tariximizə Zəfər yazan Cənab Prezident tərəfindən təltif olunmaq mənim idman sahəsində qazandığım uğurların ən alisi və fəaliyyətimin zəfəridir. Bu böyük etimada görə Qurbanovlar ailəsi olaraq dövlət başçımıza – Cənab Prezidentə sonsuz minnətdarlığımızı ifadə edirik”.

Əməkdar İdman xadiminin oğlu, “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov da Cənab Prezidentin atasına göstərdiyi etimadın tək atası üçün deyil, bütün Qurbanovlar ailəsinin nümayəndələri üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Qurbanovlar ailəsi olaraq Cənab Prezidentin göstərdiyi bu etimadı ailəmizə verilmiş ən yüksək qiymət, mənəvi dəyəri yüksək olan təltif və ailə olaraq bundan sonrakı fəaliyyətlərimizdə də xüsusi məsuliyyət çağırışı kimi dəyərləndiririk”.

Qeyd edək ki, yetirdiyi tələbələri ilə idmanımıza saysız töhvələr vermiş Cavanşir Kazım oğlu Qurbanov 1968-ci ildən idman sahəsində çalışır. Ömrünün 56 ilini dayanmadan idmana həsr edən Cavanşir Qurbanov Milli Olimpia Komitəsinin üzvü olaraq fəaliyyəti böyunca bir sıra təltiflərə layiq görülüb. Ümumittifaq və Beynəlxalq dərəcəli hakim, keçmiş SSRİ-nin idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Fəxri idman işçisi, Əməkdar İdman Xadimi, Vətənə xidmətə görə ordeni və nəhayət ən ali medal “Heydər Əliyevin 100 illik yubiley medalı” ilə təltif edilib. Bütün bunlar bir daha sübut edir ki, vətən, xalq, millət və dövlətimiz adına atılan hər addım, qazanılan hər uğur ən ali dərəcədə öz qiymətini tapır.

DOĞRU.AZ

image-jgh image-instagram_1711906143551

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki