image-n1karobka_ads
image-123
image-17683087482521413720_1200x630backend

Prezident İlham Əliyev Ağdərədə görülən işlərlə tanış oldu – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verildi.

Bildirildi ki, bu kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl kəndin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub, burada məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Aşağı Oratağ kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub.

Kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.

Burada sosial infrastrukturla bağlı bir sıra işlər görülüb. Belə ki, 2 ədəd transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub. Sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb.

Sonra dövlətimizin başçısı kəndə köçmüş Anar Rüstəmovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu.

Söhbət zamanı Prezident İlham Əliyev ailə üzvlərinin məşğulluq imkanları ilə maraqlandı, onlara müasir infrastrukturla əhatə olunmuş doğma yurdda firavan və xoşbəxt həyat arzuladı.

Ev sahibi Anar Rüstəmov dövlətimizin başçısına yaradılmış şəraitə görə minnətdarlığını bildirdi.

DOĞRU.AZ

image-17683087485733261638_1200x630 image-17683087481805550553_1200x630 image-17683087484934619152_1200x630 image-17683087481702050544_1200x630 image-17683087483217124364_1200x630 image-17683087484417852463_1200x630 image-17683087486435441044_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki