image-2000x150px
image-123
image-ads_atlas
image-1618357810-686940-ilhameliyev-450x250backend

Prezident İlham Əliyev bütün siyasi partiyaları təbrik edib? – Partiyalardan cavab

image-728x90px

Könül İsmayılova: “Novruz Bayramında Prezidentin partiyalara  təbrikində qeyri-adi heç nə yoxdur. Bu ənənəvi haldır”

Sərdar Cəlaloğlu: “Prezident Administrasiyası şifahi formada Prezidentin adından partiyamızı Novruz Bayramı münasibəti ilə təbrik edib”.

Cavanşir Abbaslı: “Bu vaxta qədər dəfələrlə ölkə prezidenti tərəfindən ilin mütəmadi günləri ilə bağlı siyasi dialoq mühitində olan partiyalara təbrik məktubları göndərilib”.

Azər Qasımov: “Tək HƏP deyil, bütün partiyaların ölkənin inkişafı və gələcək uğurları üçün fəaliyyət göstərməsi yolunda müsbət fəaliyyətlərini Prezident İlham Əliyevin qiymət verməsi, onun ölkə rəhbəri kimi ölkədə barışıq mühitinin formalaşmasında maraqlı olduğunu bir daha göstərir”.

Prezident İlham Əliyev Haqq Ədalət Partiyasının sədri, sabiq siyasi məhbus Əli İnsanovu Novzur Bayramı münasibətilə təbrik edib. Partiya sədri bununla bağlı sosial şəbəkədəki hesabında status yazıb.

Əli İnsanovun bu statusu sosial şəbəkədə çox müzakirə edildi. Statusu qınayanlar daha çox üstünlük təşkil edirdi.

PİA.az-ın əməkdaşı Prezidentin başqa partiyalara təbrikinin olub-olmaması ilə bağlı maraqlanıb. Buna görə əməkdaşımız bir neçə siyasi partiya ilə əlaqə saxlayıb.

Könül İsmayılova: “Prezident hər bayramda partiyaları təbrik edir”.

Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib ki, Prezidentin təbrikini Müasir Müsavat Partiyasını da çatdırıblar:

“Hər il olduğu kimi bu ildə də Prezidentin təbrikini Müasir Müsavat Partiyasını çatdırıblar. Ölkə başçısının partiyaya uğurlar arzuladığını bildiriblər. Qeyd edim ki, Prezident hər bayramda partiyaları təbrik edir. Buna görə də indi, Novruz Bayramında Prezidentin partiyalara təbrikində qeyri-adi heç nə yoxdur. Bu ənənəvi haldır.

Biz Prezidentin təbrikinə cavab olaraq Müasir Müsavat Partiyası adından ona təbriklərimizin çatdırılmasını, uğurlarının davamlı olmasını, ölkəmizin daha da inkişaf etməsində göstərdiyi həmrəyliyin daimi olmasını arzu etmişik. Həmçinin partiya olaraq siyasi dialoqların aparılmasını və partiyalarla görüşlərin keçirilməsinin tərəfdarının olduğumuzu da təbrikdə bəyan etmişik”.

Sərdar Cəlaloğlu: “Prezidentdən Azərbaycan Demokratlar Partiyasına təbrik məktubu gəlməyib”.

Azərbaycan Demokratlar Partiyasının sədri əməkdaşımıza deyib ki, Prezidentin adından onların Partiyasını şifahi şəkildə təbrik ediblər:

“Prezidentdən Azərbaycan Demokratlar Partiyasına təbrik məktubu gəlməyib. Amma Prezident Administrasiyası şifahi formada Prezidentin adından partiyamızı Novruz Bayramı münasibəti ilə təbrik edib”.

Cavanşir Abbaslı: “AĞ Partiya belə təbrik məktublarının ənənəvi hal aldığı üçün onları paylanmasını vacib saymır”.

AĞ Partiya sözçüsü Cavanşir Abbaslı məsələyə münasibət bildirərkən qeyd edib ki, hansı siyasi partiya rəhbərinin Prezidentin təbrikini sosial şəbəkədə paylanması onun şəxsi işidir:

“Bu vaxta qədər dəfələrlə ölkə prezidenti tərəfindən ilin mütəmadi günləri ilə bağlı siyasi dialoq mühitində olan partiyalara təbrik məktubları göndərilib. Düşünürük ki, bu müsbət bir haldır. Ölkə prezidenti tərəfindən siyasi partiyaların təbrik edilməsi ənənəvi hal alıb. Partiya olaraq düşünürük ki, bu proses davam etdirilməlidir. Dövlət protokoluna bu cür qaydanın salınması AĞ Partiya üçün də müsbət addımlardan biri kimi qəbul edilir.

Hansı siyasi partiya rəhbərinin Prezidentin təbrikini sosial şəbəkədə paylanması onun şəxsi işidir. Bununla bağlı kimsə ona irad da tuta bilməz və bu doğru deyil.

AĞ Partiya belə təbrik məktublarının ənənəvi hal aldığı üçün onları paylanmasını vacib saymır. Bir daha qeyd edim ki, bu vaxta qədər əlamətdar günlərdə ölkədə fəaliyyət göstərən 50-dən çox siyasi partiyalara bu cür təbrik məktubları ünvanlanıb”

Azər Qasımov: “BAXCP olaraq Cənab Prezidentin bu səylərini yüksək qiymətləndiririk”.

“Tək HƏP deyil, bütün partiyaların ölkənin inkişafı və gələcək uğurları üçün fəaliyyət göstərməsi yolunda müsbət fəaliyyətlərini Prezident İlham Əliyevin qiymət verməsi, onun ölkə rəhbəri kimi ölkədə barışıq mühitinin formalaşmasında maraqlı olduğunu bir daha göstərir.

BAXCP olaraq Cənab Prezidentin bu səylərini yüksək qiymətləndiririk”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki