image-n1karobka_ads
image-123
image-17683078614732939561_1200x630backend

Prezident İlham Əliyev Çıldıranda işlərlə tanış oldu – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kənddə icra olunan işlər barədə məlumat verildi.

Qeyd edildi ki, Çıldıran Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini heyvandarlıq və bitkiçilik təşkil edib. Kənddə məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Kəndin ərazisi tarixi abidələrlə zəngindir. Burada XII əsrə aid “Alban məbədi” və XIII əsrə aid “Qırmızı məbəd” memarlıq abidələri yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.

Kənddə 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıdıb.

Çıldıran kəndində 2 mövcud transformator, elektrik və qaz xətləri bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Bundan başqa, su nasosu istifadəyə verilib, ümumi həcmi 190 kubmetr olan su anbarları təmizlənib və subartezian quyusu təmir olunub, 8,4 kilometr uzunluğunda kənddaxili yollar bərpa edilib, park salınıb.

Sonra Prezident İlham Əliyev kəndə köçmüş Verdi Abdullayevin evinə baş çəkdi. Dövlətimizin başçısı ailənin yaşayış şəraiti ilə maraqlandı.

Ailə başçısı Verdi Abdullayev söhbət zamanı keçmiş məcburi köçkünlük həyatından, işğal dövründə dağıdılmış infrastrukturdan söz açdı.

Prezident İlham Əliyev keçmişin ağrılı günlərinin geridə qaldığını, artıq Ağdərədə əbədi və təhlükəsiz yaşayışın təmin edildiyini vurğuladı, ailə üzvlərini yeni evlərinə köçmələri münasibətilə bir daha təbrik etdi.

DOĞRU.AZ

image-17683078616525710542_1200x630 image-17683078612950651667_1200x630 image-17683078611301722868_1200x630 image-17683078614441813361_1200x630 image-17683078613448843451_1200x630 image-17683078613613754509_1200x630 image-17683078614732939561_1200x630 image-17683078614481731821_1200x630 image-17683078612746739379_1200x630 image-17683078611588216409_1200x630 image-17683078612972032574_1200x630 image-1768307861208049848_1200x630 image-17683078611219435753_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki