image-n1karobka_ads
image-123
image-avhjwsqpkuxix8ffce8d4tywgavp5xqirgtnhc3k_1200backend

Prezident İlham Əliyev Latviya ilə imzalanan sənədi təsdiqlədi

Prezident İlham Əliyev 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

President.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçməsini təmin etmək həvalə olunub.

Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki