image-n1karobka_ads
image-123
image-17457594105605557659_1200x630backend

Prezident İlham Əliyev Şəhid Rəcai limanında baş vermiş partlayışa görə iranlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralının olması ilə əlaqədar İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki