image-n1karobka_ads
image-123
image-1492653031-2048backend

Prezident seçkilərindən sonra Karakasda qarşıdurmalar başlayıb

image-ad_qayo_720x110px

Prezident seçkilərindən sonra Karakasın tarixi mərkəzində polislə etirazçılar arasında toqquşmalar başlayıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, “Miraflores” prezident sarayına girişlər bağlanıb.

Agentliyin məlumatına görə, Karakasın mərkəzi rayonlarında çubuqlarla, bəziləri molotov kokteyli ilə silahlanmış yüzlərlə insan var.

Onların çoxunun üzləri şərf və sarğı ilə örtülmüşdür. Etirazçılar tikinti tullantılarını yolun ortasına səpərək yandırırlar.

Venesuela Milli Seçki Şurasının sədri Elvis Amoroso daha əvvəl bildirmişdi ki, protokolların 80%-nin işlənməsinin nəticələrinə əsasən, hazırkı prezident Nikolas Maduro 51,2% səs toplayır. Onun sağ müxalifətdən olan rəqibi Edmundo Qonzales 44,2% səs toplayıb.

Venesuela müxalifətinin liderlərindən biri Korina Maçado deyib ki, Qonzalesin komandası Maduronun seçkilərdəki qələbəsini tanımayıb.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin Venesuela qüvvələrini seçkilərdən sonra təxribatlardan çəkinməyə çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki