image-ads_n1karobka_mobile
image-2022-09-14-19-45-25gvkwc5eoejo8qmywcbi8_filebackend

Prezidentin köməkçisi: “Ermənistan artıq yuxulardan ayılmalıdır” – FOTO

“Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Ermənistan – Azərbaycan sərhədində son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib.

O, bu barədə “Twitter” hesabında yazıb:

“Allah şəhidlərimizə rəhmət eləsin! Ermənistanda həqiqi sülh tərəfdarları çoxluq təşkil etməyənə qədər region daim müharibə təhlükəsi altında qalacaq. Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur! Ermənistan artıq yuxulardan ayılmalıdır!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki