image-2000x150px
image-123
image-ads_atlas
image-ea2695143b831810626f12380b2c5445backend

Prezidentin köməkçisindən dünyaya mesaj: “Laçına köçürülmüş Yaxın Şərq erməniləri…”

image-728x90px

“Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.

“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin “The Times” reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır” – deyə, Prezidentin köməkçisi vurğulayıb.

Bəli, danılmaz faktdır ki, Laçın işğal edilənədək nə Laçının mərkəzində – şəhərdə, nə də hazırda ermənilərin haray saldıqları Zabux kəndində bir nəfər də olsun erməni sakin olmayıb. Ermənilər bura işğal dövründə xaricdən məqsədli şəkildə gətirilib və məskunlaşdırılıb. Yəni onların Azərbaycandan vətəndaşlıq, yaxud kompensasiya istəmək hüquqları heç bir halda yoxdur. Onlar tələblərini yalnız Ermənistan hakimiyyətindən edə bilərlər ki, nə üçün vaxtı ilə işğal edilmiş ərazilərə aldadılaraq yerləşdiriliblər və indi bu duruma düşüblər.

Bunları Azərbaycanının rəsmi şəxsi açıqlayaraq dünyaya, erməni dəstəkçilərinə də mesaj vermiş oldu ki, sabah hansısa qərəzli beynəlxalq təşkilat ertmənilərin Qarabağdan zorla qovulması haqda saxta iddialar tirajlamasınlar.

Ümumiyyətlə, Qarabağın azadlığından sonra işğal zamanı ora yerləşdirilmiş və 30 ilə yaxın torpaqlarımızı, sərvətlərimizi istismar etmiş ermənilərlə bağlı da Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəməyə ayrıca müraciət etmək hüququna malikdirmi? Bu addım atılmalıdırmı?

Hikmət Babaoğlu: “AXC-Müsavat cütlüyü BMT Təhlükəsizlik Şurasının 5 üzvünə qarşı ərazi iddiası irəli sürmüşdü”

Hikmət Babaoğlu: “Hikmət Hacıyevin Laçın və Zabux qəsəbəsi ilə bağlı dedikləri dəqiq fakt və dəlillərə əsaslanır”

YAP-çı deputat Hikmət Babaoğlu məsələyə bu cür şərh verdi: “Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Laçın və Zabux qəsəbəsi ilə bağlı dedikləri dəqiq fakt və dəlillərə əsaslanır. Yaxın hərbi-siyasi keçmişimizin acı gerçəkliyidir. Digər bütün işğal altına düşən ərazilərimiz kimi Laçının işğalı zamanı da erməni faşistləri barbarlığın ən qəddar nümunələrini göstərdilər. Evlərimizi yandırdılar, milli mədəni və tarixi mirasımızı məhv etdilər. Bu günə qədər də həmin cinayətlərlə bağlı çoxsaylı foto və video materiallar var. Onlardan biri də, 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin “The Times” reportajıdır. Bu materialın indi yenidən təqdim olunması həm erməni barbarlığının ifşası, həm də xaricdən gətirilərək Zabuxda məskunlaşdırılmış ermənilərin iddialarına verilən cavabdır. Düz 30 il erməni işğalçıları müqəddəs vətən torpaqlarımızı tapdalayaraq bizə əzab çəkdirdilər. Ali  Baş komandanımızın qətiyyəti, xalqımızın birliyi və ordumuzun rəşadəti sayəsində torpaqlarımızı işğaldan azad etdik. Ermənilərə Azərbaycan ərazilərinə köçürüldükləri son iki yüz illik tarixdə ilk dəfədir ki, sözün əsl mənasında layiqli dərs verdik. Ancaq görünür bu azdır. Çünki hələ də dünən gəldikləri Azərbaycan torpaqlarına qarşı iddia ilə çıxış edirlər. Bu həyasızlığın son həddidir. Ona görə də bir xalq olaraq erməni faşizminə qarşı mübarizəmizi ən müxtəlif səviyyələrdə və platformalarda davam etməliyik. Bunlardan biri də beynəlxalq hüququn imkan və mexanizmlərindən istifadə etməklə bizə vurulan maddi-mənəvi ziyanın ödənilməsi istiqaməti olmalıdır. Hazırda müvafiq qurumlarımız bu istiqamət üzrə fəaliyyətlərini davam etdirməkdədirlər. Zərərin hesablanması, faktların təqdim edilməsi, iddianın beynəlxalq hüququn tələblərinə uyğun formada hazırlanması prosesi davam edir. Hazırkı tarixi mərhələdə hər bir azərbaycanlı öz enerji və potensialının bir hissəsini erməni vaşizminə qarşı mübarizəyə sərf etməlidir. Bu ən müxtəlif platformlarda və ən müxtəlif üsullarla mümkündür. Jurnalist mediada, sosial şəbəkə fəallarımız internet resurslarında, hüquqşunaslarımız hüquqi platformada və s”.

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə uğurlu nəticələr əldə olunub” - İlyas Hüseynov | 1news.az | Xəbərlər

İlyas Hüseynov: “Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsindən sonra…”

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov narahatçılığını bu cür ifadə etdi: “30 ilə yaxın müddət ərzində Azərbaycanın ərazilərini işğal edən, bölgədə etnik təmizləmə siyasəti aparan Ermənistan həm də tarixi Azərbaycan torpaqlarını talayıb, sərvətlərini daşıyıb və qeyri-qanuni məskunlaşma aparıb. Qanunsuz köçürülmələrlə bağlı dəfələrlə beynəlxalq qurumlara müraciətlər cavabsız qalıb. Laçının Zabux kəndinə də ermənilər Yaxın Şərqdən köçürülüblər. Burada xaricdəki erməni diasporu və müxtəlif ianələr toplayan fondlar fəal rol oynayıb. İndi həmin ermənilər işğal olunmuş ərazilərə yerləşdirildiklərinin və aldadıldaqlarının fərqində olmalıdırlar. Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycanın insan hüquq və azadlıqlarını pozduğuna dair çoxsaylı müraciətlər edilməsi gözlənilir. Çünki ağlamaq və özünü məzlum göstərmək ermənilərin ən yaxşı bacardığı istiqamətdir. Lakin burada hücum diplomatiyasının həyata keçirilməsinə böyük ehtiyac vardır. Müharibədən sonra Ermənistandan təzminat tələbi ilə bağlı çıxışlar çoxluq təşkil edirdi. Hazırda bu cür çıxışlar müşahidə olunmur. Buna görə Azərbaycana maddi və mənəvi cəhətdən vurulmuş milyardlarla ABŞ dolları məbləğində ziyanın ödənilməsinə çalışmaq lazımdır. Bu xüsusda tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə və İrəvana azərbaycanlıların geri qayıtması tələblər sırasında yer almalıdır. Eyni zamanda İrəvanda Təpəbaşı məhəlləsinin dağılmasına qarşı kampaniyanın çox uğurlu olduğunu düşünürəm. Bu cür kampaniyalar geniş vüsət almalı və maddi ekvivalenti istənilməlidir. Əks halda ermənilər haqsız olduqları halda bütün beynəlxalq instansiyalara Azərbaycanı günahlandıran müraciətlər ünvanlayacaqlar”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki