image-2000x150px
image-123
image-ads_atlas
image-xinbackend

“Prezidentin səfərləri Ermənistan XİN-in şərh mövzusu ola bilməz”

image-728x90px

“Azərbaycan Prezidentinin Azərbaycan ərazilərinə səfərlər etməsi Ermənistan Xarici İşlər Nazirliyinin şərh mövzusu ola bilməz”.

Doğru.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib. Qeyd edilib ki, Ermənistan XİN-i mövcud olmayan dağıntılar barədə danışmadan öncə, 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən tarixi, mədəni və dini irsin talan edilməsi və “təmizləmə” siyasəti, o cümlədən yüzlərlə abidələrin yerlə yeksan edilməsi, 63 məscidin tamamilə yer üzündən silinməsini unutmamalıdır.

“Ermənistan tərəfi  hələ də anlamır ki, bu kimi ritorikadan uzaqlaşmaq və imzalanmış  üçtərəfli bəyanatların icrasına köklənmək lazımdır. Revanşist və təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç nəyi vəd etmir”, – deyə açıqlamada vurğulanıb

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki