image-n1karobka_ads
image-123
image-172667201916311017_1200x630backend

Prokurorluq əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər – FOTO

Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü ərəfəsində ənənəvi olaraq qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə sentyabrın 18-də könüllü qanvermə aksiyası təşkil olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, aksiya qurumun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də rayon, şəhər prokurorluqları və ərazi hərbi prokurorluqlarının əməkdaşlarının iştirakı ilə keçirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada ümumilikdə 190 prokurorluq əməkdaşı iştirak edib.

DOĞRU.AZ

image-img-20240918-wa0115 image-img-20240918-wa0111 image-img-20240918-wa0109 image-img-20240918-wa0107 image-img-20240918-wa0108 image-img-20240918-wa0104 image-img-20240918-wa0105 image-img-20240918-wa0100 image-img-20240918-wa0101 image-img-20240918-wa0102

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki