Rusiyanın Paris Sen-Jermen klubunun qapıçısı Matvey Safonov Qitələrarası Kubok finalında “Flamenqo”ya qarşı keçirdiyi matçda aldığı zədədən sonra sağalma müddətinin uzandığı məlum olub.
Doğru.az xəbər verir ki, “L’Équipe” qəzetinin məlumatına görə, əvvəllər üç-dörd həftə gözlənilən bərpa müddəti indi beş-altı həftəyə çatıb.
Qapıçı məşqlərə başlasa da, hələ də qoruyucu korset taxır ki, bu da sol qolundan tam istifadə etməsinə mane olur. Matç 1-1 hesabı ilə bitib, penaltilər seriyasında Safonov ardıcıl dörd qolu dəf edərək FİFA turnirlərinin rekordunu qırıb və PSJ-yə kubok qazandırıb.
Məlum olub ki, zədələnən zaman qapıçı son zərbələri dəf edirmiş. Safonov daha əvvəl əlini hansı məqamda zədələdiyini bilmədiyini etiraf etmişdi.
DOĞRU.AZ




























