El Mundo qəzeti xəbər verir ki, Kataloniya hökumətinin keçmiş rəhbəri Karles Puçdemon İspaniyanın baş naziri vəzifəsini icra edən Pedro Sançesdən katalonları bir millət kimi tanımasını tələb edib.
“Kataloniya üçün birlikdə” separatçı partiyasının yaradıcısının komandası bu tələbi rəhbəri vəzifəsini icra edən İspaniya Sosialist İşçi Partiyasının (PSOE) tərəfdarlarına çatdırıb.
Müraciət onunla bağlıdır ki, Sançesin yenidən seçilə bilməsi üçün siyasətçinin regionun müstəqilliyinə can atan Kataloniya siyasi partiyalarının dəstəyi lazımdır.
Qeyd edə ki, Karles Puçdemon 2017-ci ildə qanunsuz müstəqillik referendumu zamanı Kataloniya hökumətinə rəhbərlik edib.
Mənbə: A Haber