Rusiyalı senator Aleksey Puşkov Telegram kanalında yazıb ki, Qərbi yalnız dünyada yerini dəyişdirməklə ağıllandırmaq olar.
Belə ki, Federasiya Şurasının üzvü Çinin Böyük Britaniyadakı səfirliyinin G7 ölkələrinin ÇXR-in daxili işlərinə müdaxiləsinin yolverilməzliyi ilə bağlı bəyanatına münasibət bildirib.
Puşkov qeyd edib ki, G7 ölkələri hələ də bütün dünyaya rəhbərlik etmək və müharibələri qızışdırmaqla və daxili işlərə qarışmaqla öz iradə və dəyərlərini tətbiq etmək istəyində təzahür edən Soyuq Müharibə prinsiplərinə sadiqdirlər.
Mənbə: BBC