Rusiya prezidenti Vladimir Putin İtaliya prezidenti Sercio Mattarellaya keçmiş baş nazir Silvio Berluskoninin vəfatı ilə bağlı başsağlığı məktubu göndərib.
Müvafiq sənəd Kremlin saytında yerləşdirilib.
“Hörmətli cənab Prezident, görkəmli italyan siyasətçisi Silvio Berluskoninin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin”, – Rusiya lideri yazıb.
Rusiya Federasiyasının rəhbəri Berluskonini gözəl insan, İtaliyanın əsl vətənpərvər, ölkəsinin mənafeyini hər şeydən üstün tutan biri adlandırıb.
Putin vurğulayıb ki, Berluskoni Rusiya Federasiyasında Moskva ilə Roma arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin ardıcıl və prinsipial tərəfdarı kimi yadda qalacaq.
Mənbə: Gazeta.ru