Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında gözlənilən danışıqlar iyulun 17-dən sonra taxıl müqaviləsinin uzadılması üçün yeganə ümid olaraq qalır.
Bu barədə RİA Novosti danışıqlardan xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Qara dəniz təşəbbüsünün uzadılmasının mümkünlüyündən danışan agentliyin mənbəsi bu məsələdə nikbinliyin olmadığını bildirib.
Eyni zamanda o, Türkiyə və Rusiya prezidentləri arasında mümkün danışıqların bu gün “yeganə ümid” olaraq qaldığını vurğulayıb.
“Bizim təcrübəmiz göstərir ki, iki lider arasındakı danışıqlar vəziyyəti dəyişdirməyə qadirdir, indiki çətin dövr də istisna deyil”, – deyə o bildirib və əlavə edib ki, Ərdoğan artıq Putinlə bu mövzuda danışıqlar aparmaq arzusunu bildirib.
Mənbə: RİA Novosti