image-ads_n1karobka_mobile
image-putinbackend

Putin iyunun 1-dək biznesə təzyiqləri azaltmaq üçün təkliflər təqdim etməyi tapşırıb

Rusiya prezidenti Vladimir Putin qurultayın plenar iclasından və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının üzvləri ilə martın 16-da baş tutan görüşün yekunlarına dair təlimatların siyahısını təsdiqləyib.

Bu barədə Kremlin saytında məlumat verilib.

Bu siyahı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqına bu il iyunun 1-dək biznesə təzyiqi azaltmaq üçün təkliflər verməyi tövsiyə edir.

“İqtisadi sahədə cinayət və cinayət-prosessual qanunvericiliyə biznesə həddindən artıq təzyiqin azaldılmasını nəzərdə tutan dəyişikliklərin edilməsi ilə bağlı təkliflər təqdim edilsin”, – sənəddə deyilir.

Mənbə: Gazeta.ru

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki