image-n1karobka_ads
image-123
image-6728a2feae5ac93504104342backend

Putin Milli Birlik Günündə Minin və Pozharskinin abidəsi önünə gül dəstələri qoyub

image-ad_qayo_720x110px

Rusiya prezidenti Vladimir Putin Moskvada Qırmızı Meydanda Kuzma Minin və Dmitri Pozharskinin abidəsi önünə gül dəstələri qoyub.

Mərasim ənənəvi olaraq 4 noyabr Milli Birlik Günündə baş tutub. 

TASS xəbər verir ki, prezidentlə birlikdə gül dəstələri qoyulmasında ənənəvi konfessiyaların rəhbərləri, veteranların və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. 

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bayram münasibətilə təbrikində demişdi ki, Vətənə məhəbbət və əcdadlara hörmət Rusiyanın qələbə qazanmasına kömək edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki