image-2000x150px
image-123
image-ads_atlas
image-2023-09-22t154634z_1261663607_rc2rd3awey8z_rtrmadp_3_un-assembly-pic_32ratio_900x600-900x600-29095backend

Putin Pekində Pakistanın baş naziri ilə görüşməyi planlaşdırır

image-728x90px

TASS xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Pekində Pakistanın baş naziri Ənvar-ül-Haq Kakarla görüşəcəyini bildirib.

“Bu gün yekun görüş Pakistanla olacaq . Bu, səhər tezdən razılaşdırılıb. Qalan hər şey plan üzrə gedəcək”, – Peskov bildirib.

Putinin iş qrafiki Vyetnam Sosialist Respublikasının prezidenti Vo Van Tuonqla görüşlə başlayacaq. Daha sonra Taylandın baş naziri Sretta Taweesin də daxil olmaqla danışıqlar aparılacaq. Bu gün digər görüşlər də istisna deyil.

Daha sonra Çin Xalq Respublikasının sədri Si Cinpin ilə nümayəndə heyətlərinin rəhbərləri arasında rəsmi görüş olacaq.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki