image-ads_n1karobka_mobile
image-nocomment_5ae6636b3a49585375f30f844678f673_btlvyq16g4cahjiu9wskbackend

Putin peyvənd olunacağı tarixi-AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin 23 mart tarixində peyvənd olunacağını açıqlayıb.

“Doğru.az” xəbər verir ki, Putin bu barədə peyvəndlənmə ilə bağlı baş tutan iclasda açıqlama verib.

“Vaksinasiya – əlbəttə ki, hər insanın könüllü seçimidir, hər kəsin şəxsi qərarıdır. Yeri gəlmişkən, mən özüm bunu sabah etmək niyyətindəyəm”,- deyə o vurğulayıb.

Putin hansı peyvəndi vurduracağını açıqlamasa da, mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bunun 3 yerli peyvənddən biri olacağını bildirib.

Qeyd edək ki, hazırda Rusiyada müxtəlif sınaq mərhələlərində olan 3 peyvənd istehsal edilir :“Sputnik V”, “EpiVacCorona” və “KoviVak”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki