image-ads_n1karobka_mobile
image-putinbackend

Putin Rusiya aviaşirkətlərinə Gürcüstana uçuş qadağasını ləğv edib

Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağanı ləğv edib. Fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

“Rusiya Federasiyası Prezidentinin 21 iyun 2019-cu il tarixli fərmanı qüvvədən düşmüş hesab edilsin”, – məlumatda deyilir.

Mayın 2-də məlum olub ki, Gürcüstanın bayraq daşıyıcısı “Georgian Airways” İrəvanda köçürmə ilə Tbilisidən Moskvaya reyslərə bilet satışına başlayıb. Bu barədə “İzvestiya” qəzeti aviaşirkətin nümayəndəsinə istinadən yazıb.

Mənbə: Gazeta.ru

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki