image-ads_n1karobka_mobile
image-rian_6538568-hr-pic_32ratio_900x600-900x600-91843backend

Putin Tacikistanı Müstəqillik Günü münasibətilə təbrik edib

image-add-a-heading

Rusiya prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

Onun teleqramı Kremlin saytında dərc olunub.

“Hörmətli Emoməli Şaripoviç, Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin”, – deyə məlumatda bildirilir.

Putin qeyd edib ki, Tacikistan sosial-iqtisadi inkişaf yolu ilə uğurla irəliləyir, həmçinin regional və beynəlxalq gündəmdə olan mühüm məsələlərin həllində konstruktiv rol oynayır.

O əlavə edib ki, Rusiya-Tacikistan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında qurulub və ölkələr arasında əməkdaşlıq genişlənir.

Mənbə: Lenta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki