Kremlin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə telefon danışığı zamanı Venesueladakı vəziyyəti müzakirə edib.
Doğru.az xəbər verir ki, bəyanatda deyilir: “Liderlər Venesuela ətrafındakı vəziyyətə diqqət yetirərək, cari beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar”.
Qeyd olunur ki, prezidentlər Venesuelanın suverenliyinin və milli maraqlarının təmin edilməsinə yanaşmalarının üst-üstə düşdüyünü vurğulayıblar.
Putin və Lula həmçinin iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə ediblər və BRICS və BMT çərçivəsində koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Venesueladakı əməliyyatını beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırmışdı. O, həmçinin Vaşinqtonun hərəkətlərinin qloballaşma modelinin süqutuna səbəb olduğunu bildirmişdi.
DOĞRU.AZ




























