image-nerjbanner
image-ads_atlas
image-rian_6661816-hr-pic_32ratio_900x600-900x600-5755backend

Putin və Ərdoğan danışıqlardan sonra bir sıra sazişlər imzalaya bilərlər

image-nerjbanner

Rusiya və Türkiyə iki ölkə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçiriləcək danışıqlardan sonra bir sıra sazişlər imzalaya bilər.

Bu barədə TASS Ankaradakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, sazişlərin imzalanması Ankara ilə Moskva arasında münasibətlərin inkişafına yeni təkan verə bilər, lakin hər şey görüşün nəticələrindən asılı olacaq.

Bir gün əvvəl “Habertürk” telekanalı mənbələrə istinadən Putinlə Ərdoğan arasında danışıqların sentyabrın 4-də Soçidə baş tutacağını bildirmişdi.

Avqustun 28-də Türkiyə prezidentinin baş müşaviri, səfir Akif Çağatay Kılıç NTV telekanalına müsahibəsində bildirib ki, Ankara iki dövlət başçılarının tezliklə görüşünü təmin etməyi prioritet hesab edir.

Mənbə: TASS

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki