Türkiyə və Rusiya başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Yaxın Şərqdə pisləşən vəziyyətlə bağlı işçi təmaslarını davam etdirirlər.
Bu barədə RİA Novosti Türkiyə prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, iki prezident arasında “etibarlı, isti münasibətlər”lə yanaşı işgüzar təmas da mövcuddur. Ərdoğan və Putin həm ikitərəfli, həm də regional məsələlərdə daim əlaqə saxlayırlar.
Mənbə qeyd edib ki, Yaxın Şərqdəki eskalasiya fonunda, lazım gələrsə, Ərdoğan və Putin cari gündəmi müzakirə etmək üçün yenidən telefon danışığı apara bilərlər. Bununla belə, iki lider arasında növbəti danışıqlar üçün konkret tarixlər yoxdur.
Mənbə: RİA Novosti