Rusiya lideri Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı həyata keçirib.
Kremlin məlumatına görə, görüşdə iki ölkə liderləri Qazaxıstan prezidentinin Rusiyaya dövlət səfərinə hazırlıq çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Doğru.az-ın xəbərinə görə, tərəflər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə, iqtisadi və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiq ediblər.
Bundan əvvəl Putin Tacikistan prezidenti Emoməli Rəhmonla Düşənbədəki Millətlər Sarayında ikitərəfli danışıqlar aparıb.
DOĞRU.AZ