image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-08-26t133007z_964193158_rc2pv2afgnfp_rtrmadp_3_gabon-election-pic_32ratio_900x600-900x600-90751backend

Qabonun yeni prezidentinin adı açıqlanıb

image-728x90px

Qabon MSK-nın rəhbəri Mişel Stefan Bonda seçkilərin nəticələrinə görə ölkənin hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın üçüncü müddətə yenidən seçildiyini elan edib.

MSK-nın məlumatına görə, Ondimba 64,27 faiz səs toplayıb, onun əsas rəqibi Bonqo Albert Ondo Ossa isə seçicilərin 30,77 faizinin dəstəyini qazanıb. Müxalifət seçkilərin nəticələrini saxtalaşdırıb, MSK bu bəyanatları rədd edib. Qeyd olunur ki, ölkədə ümumi seçkilərin keçirilməsi təxirə salındıqdan sonra prezident seçkiləri keçirilib.

Qabonda ümumi seçkilər şənbə günü avqustun 26-da keçirilib. Qabonun hazırkı prezidentinin ailəsi 56 ildir ölkədə hakimiyyətdədir. Hazırkı prezidentin atası El Hadj Omaar Bonqo Ondimba 1967-2009-cu illərdə dövlət başçısı vəzifəsində çalışıb.

Mənbə: Reuters

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki