image-n1karobka_ads
image-123
image-176238086661833370_1200x630backend

“Qalatasaray” parladı, “Barselona” büdrədi

image-ad_qayo_720x110px

Çempionlar Liqasında IV tur başa çatdı

UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura yekun vurulub. Turnirin ikinci oyun günündə daha doqquz qarşılaşma baş tutub.

Doğru.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda İngiltərənin “Çelsi” klubu ilə 2:2 hesablı heç-heçə edib. Bu nəticə “Qarabağ”ın turnirdəki ən diqqətçəkən oyunlarından biri kimi yadda qalıb.

Türkiyə təmsilçisi “Qalatasaray” Niderlandda “Ayaks” üzərində inamlı qələbə qazanıb – 3:0. Qazaxıstanın “Kayrat” klubu isə İtaliyada “İnter”ə 1:2 hesabı ilə uduzub.

Gecənin ən çox gözlənilən oyunlarından biri İngiltərədə keçirilib. “Mançester Siti” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” klubuna 4:1 hesabı ilə qalib gəlib.

Digər nəticələr belə olub:

“Pafos” (Kipr) – “Vilyarreal” (İspaniya) – 1:0

“Benfika” (Portuqaliya) – “Bayer” (Almaniya) – 0:1

“Brügge” (Belçika) – “Barselona” (İspaniya) – 3:3

“Marsel” (Fransa) – “Atalanta” (İtaliya) – 0:1

“Nyukasl” (İngiltərə) – “Atletik” (İspaniya) – 2:0

Beləliklə, Çempionlar Liqasının IV turu gərgin mübarizə və bol qollu qarşılaşmalarla yadda qalıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki