image-n1karobka_ads
image-123
image-17640496804766858919_1200x630backend

“Qarabağ” bu gün “Napoli” ilə Çempionlar Liqasında qarşılaşacaq

image-ad_qayo_720x110px

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün V tur çərçivəsində İtaliyada “Napoli”nin qonağı olacaq.

Doğru.az xəbər verir ki, oyun “Dieqo Armando Maradona” stadionunda Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq və polşalı FIFA referisi Şimon Marçinyak tərəfindən idarə olunacaq.

Hər iki komanda ciddi itkilərlə çıxacaq. “Napoli”də Andre-Zambo Anqissa, Kevin De Bruyne, Romelu Lukaku, Billi Gilmor və Leonardo Spinazzola zədəlidir. Ağdam klubunda isə Kadi Borges və Şahruddin Məhəmmədəliyev eyni səbəbdən oyunu buraxacaqlar.

Qeyd edək ki, ilk 4 turdan sonra “Qarabağ” 7 xalla turnir cədvəlinin 15-ci pilləsindədir. “Napoli” isə 4 xalla 24-cü sırada qərarlaşıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki