Bakının Qaradağ rayonunda Külək Elektrik Stansiyasının inşası ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında bildirib.
Onun sözlərinə görə, sənəd nazirliyə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC , “Caspian HDG” MMC, İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış “Elecnor” şirkəti arasında imzalanıb.