Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısının administrasiyasının strukturunun yenidən təşkili haqqında fərman imzalayıb.
Bu barədə Tengrinews.kz xəbər verir.
Fərmana əsasən, prezident administrasiyası rəhbərinin müavinləri vəzifələri ləğv edilir.
Qeyd olunur ki, yenilənmiş struktura prezident administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, aparat rəhbəri, prezidentin köməkçiləri, müşavirləri, həmçinin prezident administrasiyasının şöbələri daxil olacaq.
Həmçinin bildirilir ki, prezidentin daxili siyasət və kommunikasiyalar, iqtisadiyyat, beynəlxalq münasibətlər, hüquq, o cümlədən elm və innovasiyalar üzrə köməkçiləri vəzifəsi yaradılır.
Mənbə: Sputnik