image-2000x150px
image-1632774136725backend

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Anım Günü ilə bağlı tədbir – FOTOLAR

image-728x90px

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açıb. Bildirib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, qazilərimiz və şəhid ailələrinə göstərilən diqqət, qayğıdan danışmışdır. Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, “Əsgərə xatirə” layihəsinin dəstəyi Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə şəhid və qazi ailələrimizə göstərilən dəstək haqqında iştirakçılara məlumat verdi.

Tədbirdə iştirak edən layihə rəhbərinə, fəxri sahibkar üzvləri Əliş Hüseynov, Müşfiq Hüseynova minnətdarlıq bildirərək Vətənpərvərlik istiqamətində görülən bütün işlərdə komandaya uğurlar arzu etmişdir.

Tədbirdə “Əsgərə xatirə” layihəsinə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən ezam olunmuş, qarabağ ordeni ilə təltif olunmuş, mayor Qənbərov İdris Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsində hərbiçilərimizin göstərdiyi igidlikdən, torpaqlarımızın işğaldan azad olunması, şəhidlərimizin qanının yerdə qalmaması üçün qəhrəmancasına döyüşdüklərini bildirdi. Müzəffər Ali baş komandan, xalqımızın, ordumuzun birliyi nəticəsində 30 il işğal altında olan torpaqlarımızı azad etdiyimizi diqqətə çatdırdı.

Tədbirdə Şəhid Xeyribəy Səfərçinovun atası Cəlil Səfərçinov da çıxış edərək, şəhid valideynlərinə göstərilən qayğıdan razılığını bildirdi. Zəfər tarixinin yazılmasında payı olan hər bir şəxsə minnətdarlığını ifadə etdi. Şəhid analarının daima qayğıya ehtiyacı olduğunu diqqətə çatdırmaq üçün yazmış olduğu şeiri tədbir iştirakçıları ilə bölüşdü.

Tədbirin sonunda şəhid ailələrinə sovqatlar paylanıldı.

DOĞRU.AZ

image-ilg_0093

image-ilg_0112 image-ilg_0150 image-ilg_0317image-ilg_0341image-ilg_0152-1 image-ilg_0220 image-ilg_0242 image-ilg_0254 image-ilg_0457 image-ilg_0488 image-ilg_0524 image-ilg_0527 image-ilg_0450 image-ilg_0507image-ilg_0335 image-ilg_0140 image-ilg_0138

 

 

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki