Qədim Roma bəndi İspaniyanın Almonasid de la Kuba bələdiyyəsini (Saraqoza əyaləti) daşqından xilas edib.
Bu barədə El Español məlumat yayıb.
Anbarın dizaynı su axınını kənara yönəldirdi. Bununla da bələdiyyə əhalisi arasında sel qurbanlarının qarşısını almaq mümkün olub.
Qeyd olunur ki, bənd I əsrdə imperator Avqustun dövründə tikilib.
Jurnalistlər yazır: “Bu, dünyada sağ qalmış bütün Roma bəndlərinin ən hündür bəndidir”.
DOĞRU.AZ