image-ads_n1karobka_mobile
image-68c157c8ae5ac9712c42b18cbackend

Qətər İsrailin Dohadakı zərbəsinə şoka düşdü

image-add-a-heading

The Washington Post yazır ki, Qətər rəsmiləri Dohada hərəkətli əraziyə zərbə endirilməsi fonunda ABŞ və İsrailin ölkədə HƏMAS-a zərbə endirməyəcəyinə verdiyi sözün pozulmasından şoka düşüblər.

Doğru.az xəbər verir ki, məqalədə deyilir: “Qətər rəsmiləri şok və xəyanət hissi ilə reaksiya verdilər”. Məqalə müəllifi hesab edir ki, İsrailin hərəkəti Qətəri Qəzza zolağında münaqişənin həllində vasitəçi rolundan və HƏMAS liderləri ilə etibarlı əlaqə kanalından məhrum edib.

Xatırladaq ki, bundan əvvəl Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İsrailin hücumunu beynəlxalq terrorizm adlandırmışdı. Ölkənin əmiri Təmim bin Həməd Əl Tani isə beynəlxalq ictimaiyyəti İsrailin Dohaya endirdiyi zərbələrə görə hüquqi məsuliyyət daşımağa çağırıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki