image-2000x150px
image-123
image-ads_atlas
image-252f4fac-0885-3394-a02e-d29fcefa9904_850backend

Qeyri-qanuni erməni silahlılarının Qarabağda kəşfiyyat aparan kvadrokopteri ələ keçirilib – FOTO

image-728x90px

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki