image-2000x150px
image-123
image-ads_atlas
image-upload-ria_2658540-hr-pic_32ratio_900x600-900x600-52954backend

Qırğızıstanda vizasız gediş-gəliş məhdudlaşıb

image-728x90px

Qırğızıstan hökuməti əcnəbilər üçün vizasız rejimə məhdudiyyətlər qoyub.

TASS xəbər verir ki, bu, miqrasiya axınlarının daha effektiv idarə olunmasını təmin etmək və ölkənin ümumi təhlükəsizliyini yaxşılaşdırmaq üçün lazımdır.

Qırğızıstan Respublikasının Nazirlər Kabineti viza rejiminin ləğvini nəzərdə tutan xarici vətəndaşların respublika ərazisində qalma qaydası haqqında Əsasnaməni təsdiq edib.

Xarici İşlər Nazirliyi qeyd edib ki, əcnəbi vətəndaşların ölkədə qalma müddətinin uzadılması məqsədilə tez-tez ölkədən kənara çıxması və geri qayıtması praktikası bundan sonra 60/120 prinsipi əsasında vizasız rejimin tətbiqi ilə məhdudlaşdırılacaq.

60 günə qədər müddətə vizasız rejimdən istifadə etdikdə, müvafiq kateqoriyalı əcnəbilər üçün yenidən ölkəyə giriş yalnız əvvəlki ölkədən getdiyi tarixdən 60 gün sonra mümkün olacaq. Nazirlik aydınlaşdırıb ki, Qırğızıstana 90 günə qədər vizasız səfər edə biləcək vətəndaşlar üçün şərtlər 90/180 prinsipinə əsasən hesablanacaq.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki