Avropa ölkələri qırmızı atəş qarışqalarının istilası təhlükəsi altındadır. Bu fikri Britaniyanın Guardian qəzetinin köşə yazarı Patrik Barkham bildirib.
Onun sözlərinə görə, güclü sancmaya malik olan qırmızı od qarışqası Solenopsis invicta əkin sahələrinə zərər verir və elektrik avadanlıqlarını, o cümlədən avtomobilləri və kompüterləri sıradan çıxara bilir.
Barkham qeyd etdi ki, bu cür qarışqalar artıq İtaliyada kök salıb və qlobal istiləşmə səbəbindən bütün Avropanı tez bir zamanda “ələ keçirə” bilər. Onların ərazi üzrə yayılması yerli flora və faunanın sayının və müxtəlifliyinin ciddi azalması ilə müşayiət olunur.
Mənbə: Haber Global

























