Sentyabrın 2-i, çərşənbə axşamı günü qızılın qiyməti bir unsiya üçün 3508 dollarla tarixi maksimuma çatıb.
Doğru.az xəbər verir ki, Bloomberg-ə görə, bu artım ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin azaldılması gözləntiləri və iqtisadi-geosiyasi qeyri-müəyyənlik fonunda investorların təhlükəsiz sığınacaq aktivlərinə marağının artması ilə bağlıdır.
İlin əvvəlindən qızıl 30%-dən çox bahalaşıb. Doğru.az bildirir ki, gümüş də artmaqda davam edir və son 14 ildə ilk dəfə bir unsiya üçün 40 dolları ötüb. Gümüşə tələbatın artması geosiyasi risklər və yaşıl texnologiyalarda sənaye istifadəsi ilə əlaqələndirilir.
Bundan əvvəl analitik Vasili Girya RT-yə bildirib ki, ilin sonuna qızılın unsiyasının qiyməti 4,2 min dollara çata bilər.
DOĞRU.AZ