image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210425_210522_266backend

Qurban Qurbanov: “Rəqibin hücumlarının qarşısını pis almadıq!”

image-728x90px
“Futbolçularımı təbrik edirəm. Həqiqətən çox vacib oyun idi. Məsafəni nəzərə alsaq, son səfər matçımız idi”.

“Doğru.az”-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premeyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, hesab böyük olsa da, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda yalnız xoş sözlərə layiqdir: “Bütün rəqiblərə qarşı oyunlarda daha çox hücum etməyə çalışırlar. Rəqibin yaxşı hücum xətti var, futbolçular bir-birilərini gözəl başa düşürlər. Əks hücumlarda təhlükəli idilər. Bu cür hücumların qarşısını pis almadıq”.

Qurbanov oyunun ağır keçdiyini söyləyib: “İlk hissədə bir neçə qol epizodumuz olsa da, istifadə edə bilmədik. İkinci yarıda isə demək olar ki, əlimizə düşən imkanların hamısından yararlandıq və vacib xallar qazandıq”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki