image-2000x150px
image-123
image-ads_atlas
image-ramilbackend

Ramil Usubov Türkiyə-Azərbaycan münasibətlərindən danışıb

image-728x90px

“Şuşa Bəyannaməsi regional, qlobal təhlükəsizliyin təminində birgə fəaliyyətin “yol xəritəsi”dir və daim yeni yanaşmalar tələb edir. Bu yöndə həyata keçirilən tədbirlər, müəyyənləşən hədəflər Azərbaycanla Türkiyənin daha da güclənən dövlətçilik qüdrətinə uyğun davamlı olaraq təkmilləşir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Ramil Usubovun sözlərinə görə, Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin – yeni çağırışlara uyğunlaşdırılan təhlükəsizlik konsepsiyasının ana xətlərindən birini təşkil edir: “Yəni regional və qlobal təhlükəsizlik sistemində Azərbaycanın fəal iştirakını təmin edən konsepsiyasının icrasında rəsmi Ankara ilə birgə vahid mövqe, vahid fəaliyyət, vahid hədəflər müəyyənləşdirilir və prosesin icrasında effektiv nəticələr əldə olunur. Bu həm də Şuşa Bəyannaməsinin müddəalarından irəli gələn məsələdir”.

O qeyd edib ki, Türkiyə indi Suriyadan Liviyayadək, Aralıq dənizindən okean körfəzlərinədək böyük coğrafi məkanda qlobal təhlükəsizliyin təmininə öz töhfələrini verir, hərbi-siyasi iştirakı ilə bu qaynar bölgələrdə sülhyaratma missiyası həyata keçirir: “Azərbaycan Respublikası da beynəlxalq təhlükəsizliyin əsas təhdidləri olan qlobal terrorizmə, transmilli cinayətkarlığa qarşı səmərəli mübarizə aparır, müxtəlif münaqişə bölgələrində hərbi kontingenti ilə sülhməramlı fəaliyyət göstərir. Yəni hər iki dövlətin qlobal təhlükəsizliyin təminində müstəsna xidmətləri vardır.

Sadəcə bir fakta nəzər salmaq istərdim. ABŞ Prezidenti Cozef Bayden son üç ayda ölkə rəhbərimizə ünvanladığı hər üç məktubunda Azərbaycanın qlobal, xüsusən də Avropa məkanında təhlükəsizliyin sabitləşməsində həlledici rolunu vurğulayıb. Bu cür fikirlər, rəylər beynəlxalq miqyasda ən üst səviyyələrdə davamlı olaraq bəyan edilir. Bunlar, şübhəsiz ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə və müdrikliklə həyata keçirdiyi təhlükəsizlik konsepsiyasının nəticələridir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki