image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-3backend

Ramil Usubov: “Zəngəzurda quruculuq işləri bölgədəki erməni əhalisinə seçim üçün xüsusi imkan yaradır”

image-728x90px

“Azərbaycan Qarabağ məsələsini həll etməklə qlobal təhlükəsizliyə, onun beynəlxalq terrorizm, qanunsuz narkoticarət kimi ünsürlərinə qarşı mübarizəyə böyük töhfə verib və illərlə “dondurulmuş” sayılan bu kimi problemləri necə uğurla nizamlamağın mükəmməl nümunəsini yaradıb”.

Bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

“Bu faktlar göstərir ki, Azərbaycanın qazandığı Zəfərin qlobal əhəmiyyəti də yüksəkdir və beynəlxalq miqyasda inkişafa, sabitliyə töhfə verir.
Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyinə Azərbaycan dəfələrlə rəsmi münasibət bildirib. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, ərazimizdə yaşayan erməni əhalinin yalnız təhlükəsizliyi deyil, məşğulluğu, sosial rifahı, bütün hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Onlar vətəndaşı olacaqları dövlətin – Azərbaycanın birmənalı himayəsində təminat alacaqlar. İmzalanacaq sülh müqaviləsi bu şəxslərə 30 ildən sonra, nəhayət ki, təhlükəsiz, normal, rahat həyat bəxş edəcək. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan əhatəli quruculuq, eləcə də tikinti işlərinin miqyası bölgədə yaşayan erməni əhalisinə seçim etmək üçün xüsusi imkan yaradır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər də xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun köməyi ilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan, bərpa edilən möhtəşəm mədəni-mənəvi incilərimiz, sosial obyektlər həm də ulu öndərin əbədiyaşar ruhuna böyük ehtiramın nümunəsidir. Mehriban Əliyevanın müəllifi olduğu layihələr yenidən cənnətə çevriləcək bu bölgələrin həyatında böyük canlanma yaradacaq”, – R.Usubov vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki