image-ads_n1karobka_mobile
image-17305310261583918312_1200x630backend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində qanvermə aksiyası təşkil olunub – FOTO

image-add-a-heading

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə qanvermə aksiyası təşkil edilib.

Nazirlikdən Doğru.az-a bildirilib ki, bu xeyirxah təşəbbüs Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından, qanından keçmiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq həyata keçirilib.

Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları aksiyada iştirak ediblər. Tədarük olunan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

DOĞRU.AZ

image-17305310261568834052_1200x630 image-1730531026775252446_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki