İtaliyanın paytaxtı Romada, şəhərin mərkəzində yerləşən İmperator Forumlarında tarixi qüllənin bir hissəsi uçub.
Doğru.az xəbər verir ki, Corriere della Seranın məlumatına görə, hadisə zamanı abidədə təmir işləri aparılırmış. İlkin məlumatlara əsasən, bir işçi xəsarət alıb, daha dörd nəfər isə sıxılmış vəziyyətdən xilas edilib.
Hazırda xəsarət alan işçinin xilasetmə əməliyyatı davam edir və onun şüurlu olduğu bildirilir. Hadisə yerinə təcili yardım, yanğınsöndürənlər, polis və karabinerlər cəlb olunub.
DOĞRU.AZ




























