image-n1karobka_ads
image-123
image-682c9d3d02e8bd400d13bdf4-3backend

Rubio: ABŞ Suriya Müvəqqəti Hökumətinin devrilməsi ssenarisinə icazə verir

Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ-ın Suriyada səfirliyinin açılması təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən ləngiyir, çünki ölkədə silahlı qruplaşmalar fəaliyyətini davam etdirir və real təhlükə yaradır.

“Söhbət keçid hakimiyyəti orqanlarından getmir – onların zərər verəcəyini düşünmürük. Problem yerdəki təhlükə yaradan digər elementlərdədir”, – Rubionun sözləri sitat gətirir.

O əlavə edib ki, həm Suriyaya gələnlərin, həm də onu tərk etməyə məcbur ola biləcəklərin təhlükəsizliyini təmin etmək lazımdır.

Dövlət katibi Suriyadakı qeyri-sabit vəziyyətə də diqqət yetirərək qeyd edib ki, yeni təhdidlərin yaranması, o cümlədən müvəqqəti hökumətin süqutu ehtimalı yaxın həftələrdə respublikada genişmiqyaslı vətəndaş müharibəsinə səbəb ola bilər.

Bundan əvvəl Suriya hakimiyyəti vətəndaş sülhünün qorunmasının vacibliyini bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki