image-2000x150px
image-123
image-ads_atlas
image-1607189385_ruhi-eliyeva-1backend

Ruhi Əliyeva “Qadına şiddətə son” adlı dəyirmi masa keçirəcək

image-728x90px

Artıq 5 ildir davamlı olaraq “Qadına şiddətə son” adlı sosial aksiya gerçəkləşdirən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bu mövzuda dəyirmi masa təşkil edəcək.

Doğru.az xəbər verir ki, builki tədbir noyabrın 25-i saat 18:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

“Qadına şiddətə son” adı altında gerçəkləşməsi nəzərdə tutulan dəyirmi masa Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ombudsman Aparatının rəsmi tərəfdaşlığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Uşaqlar Birliyinin dəstəyi ilə baş tutacaq.

R.Əliyeva qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gender əsaslı zorakılıqla mübarizə ilə əlaqədar yerli, milli, regional və beynəlxalq səviyyədə yürütdüyü siyasi kursu dəstəkləyərək qadınlara qarşı edilən zorakılıq hallarının aradan qaldırılması yönündə cəmiyyətdə təbliğat aparılmasına, gənc nəslin maariflənməsinə dəstək verməyə çalışır:

“Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərimizdən biridir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də, qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin prioriteti olmaqla yanaşı, həm də biz vətəndaşların işidir. Bu baxımdan, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən, məişət zorakılığının aradan qaldırılmasında qatqımız olması üçün bəzi layihələr gerçəkləşdiririk”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki