Rumıniya prezidenti Nikusor Dan bəyan edib ki, Rumıniya Ukraynaya qoşun yerləşdirməyəcək.
Doğru.az xəbər verir ki, Adevărul qəzeti onun sözlərini sitat gətirərək yazıb: “Rusiyaya yaxın olan ölkələrin bir çoxu bizim qəbul etdiyimiz qərarı verdi: mümkün atəşkəsdən sonra insanları Ukraynaya göndərməmək”.
Prezidentin sözlərinə görə, Rumıniya sülhməramlı əməliyyatlara yalnız maddi-texniki dəstək göstərəcək.
Xatırladaq ki, bundan əvvəl Polşa və İtaliya da Ukraynaya hərbi kontingent göndərməkdən imtina ediblər. Fransa prezidenti Emmanuel Makron isə sülhün bərqərar olmasından sonra 26 ölkənin Ukraynaya qoşun göndərməyə hazır olduğunu açıqlayıb.
DOĞRU.AZ